Xəbərlər
Qaxda “Məktəbli Kuboku” turnirinin rayon mərhələsinin finalı keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Məktəbli Kuboku” futbol turnirinin Qax rayonu üzrə final mərhələsi baş tutub. Yarış Qax Olimpiya İdman Kompleksində təşkil olunub.
Turnirin keçirilməsində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və şagirdlərdə komanda ruhunun formalaşdırılmasıdır. Qax rayonunun ümumtəhsil məktəblərini təmsil edən komandaların iştirakı ilə keçirilən yarışlarda ümumilikdə 31 komanda mübarizə aparıb.
Final mərhələsində qaliblər aşağıdakı kimi müəyyənləşib:
VII sinif oğlanlar
- I yer – Ə.Cabbaroğlu adına Zəyəm kənd tam orta məktəbi
- II yer – Qaxingiloy kənd tam orta məktəbi
V sinif oğlanlar
- I yer – E.Babayev adına 4 nömrəli tam orta məktəb
- II yer – E.Şahmərdanov adına Tasmalı kənd tam orta məktəbi
V sinif qızlar
- I yer – S.Rəhimov adına Qorağan kənd tam orta məktəbi
- II yer – N.Allahverdiyev adına 2 nömrəli məktəb-lisey
Yarışın keçirilməsinə dəstək verən Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının ETİHİ Qax rayon komitəsi tərəfindən qalib komandalara diplom və medallar təqdim olunub. Həmçinin AFFA tərəfindən xüsusi hədiyyələr verilib.
Qeyd edək ki, rayon mərhələsinin qalibləri may ayında keçiriləcək respublika mərhələsində Qax rayonunu təmsil edəcəklər.





















