“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

07/11/2025, 00:38
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Oyun Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi, Qax rayonu üzrə Təhsil Sektoru, Qax Rayon Heydər Əliyev Mərkəzi və Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin məqsədi müəllimlərdə vətənpərvərlik ruhunu, analitik düşüncə və komanda bacarıqlarını inkişaf etdirmək, onların asudə vaxtlarını səmərəli təşkil etmək olub.İntellektual oyunda Qax rayonunun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən 10 komanda iştirak edib. Suallar Azərbaycan tarixi, mədəniyyəti, 8 Noyabr – Zəfər Günü və Vətən müharibəsi mövzularını əhatə edib. Komandalar bilik, məntiq və çevik düşüncə bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.

Nəticə:

I yer – Qax şəhər T. İsmayılov adına 5 nömrəli tam orta ümumitəhsil məktəbi

II yer – Marsan kənd tam orta ümumitəhsil məktəbi

III yer – D. Əliyeva adına 1 nömrəli tam orta ümumitəhsil məktəbi

Qalib komandalar diplomlamlarla mükafatlandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: