“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda “Sağlam gənclik, güclü məfkurə və təhsil” mövzusunda dəyirmi masa keçirilib

29/10/2026, 20:01
xeber1

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun əməkdaşlığı ilə Qax rayon ümumtəhsil məktəblərində ilk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlər üçün “Sağlam gənclik, güclü məfkurə və təhsil” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rayonun aidiyyəti qurumlarının nümayəndələri, təhsil işçiləri və pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlər iştirak ediblər.

Tədbirin açılışında Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov giriş sözü ilə çıxış edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-idarəetmə, ictimai və siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev və Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva mövzunun aktuallığını vurğulayaraq gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik və müasir biliklər əsasında yetişdirilməsinin əhəmiyyətindən danışıblar.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, təhsilin məzmununun müasirləşdirilməsi, gənclərin müstəqil düşünmə bacarıqlarının inkişafı və Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva çıxışında pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. O, rəhbərlik etdiyi komitənin təhsil işçilərinin əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunması, sosial müdafiəsinin gücləndirilməsi və peşəkar inkişafının dəstəklənməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, hazırda komitə 87 üzv təşkilatını və 2614 ittifaq üzvünü birləşdirir.

Çıxış zamanı gənc müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, onların təşəbbüslərinin təşviq edilməsinin və təcrübəli pedaqoqlarla əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirdə, həmçinin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində rolu qeyd olunub. Şəhidlərin əziz xatirəsinin yaşadılması, qazilərin qəhrəmanlığının təbliği, gənclərə milli tariximizin və dövlətçilik ənənələrimizin aşılanmasının təhsil işçilərinin mühüm vəzifələrindən olduğu diqqətə çatdırılıb.

Daha sonra Qax rayon Baydarlı kənd tam orta məktəbinin fizika müəllimi Türkan Məhəmmədli “Sağlam gəncliyin yetişdirilməsində təhsilin rolu”, Yeni Təmayül tipli tam orta məktəbin coğrafiya müəllimi Toğrul İsmayılov “Azərbaycançılıq ideologiyası və gənc nəslin tərbiyəsi”, Azərbaycan Təhsil İnstitutunun Şəki-Zaqatala regionu üzrə aparıcı metodisti Tükəzban Maqsudova isə “Keyfiyyətli təhsil sağlam gələcəyin təminatıdır” mövzularında çıxış ediblər.

Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, gənc müəllimlərin peşə fəaliyyətində qarşılaşdıqları məsələlər və təhsilin inkişafına dair aktual yanaşmalar müzakirə olunub.

Dəyirmi masanın keçirilməsində əsas məqsəd pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərdə milli-mənəvi dəyərlərə bağlılığın, vətənpərvərlik ruhunun və vətəndaşlıq məsuliyyətinin gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də gənc müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviq edilməsi olub.

Sonda gənc müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb, sağlam, savadlı, milli ruhlu və Vətəninə layiqli nəslin yetişdirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: