“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda Şəhid Atası, ittifaq üzvü Məmmədov Sadəddin Rəcəb oğlu 65 illik yubileyi münasibətilə ziyarət olunub

17/02/2026, 18:20
xeber1

Qax şəhər 3 nömrəli körpələr evi–uşaq bağçasının ittifaq üzvü, Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun polkovnik-leytenantı Sadiq Məmmədovun atası Məmmədov Sadəddin Rəcəb oğlunun 65 illik yubileyi münasibətilə evində ziyarət olunaraq qeyd edilib.

Görüşdə ETİHİ Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva, Qax rayonu üzrə təhsil sektorunun müdiri Babək Heydərov və müəssisənin ittifaq üzvləri iştirak edərək yubilyarı səmimi qəlbdən təbrik edib, ən xoş arzularını ifadə ediblər.

Tədbir zamanı vurğulanıb ki, qəhrəman övlad böyüdən valideynlər xalqımızın ən böyük mənəvi dayağıdır. Bu torpağın azadlığı uğrunda canından keçən igidlərin arxasında məhz belə qeyrətli, vətənpərvər atalar dayanır. Onların böyütdüyü övladlar Vətənin azadlığı naminə tarix yazıblar.

Sadiq Məmmədov 23 iyun 1981-ci ildə Qax şəhərində anadan olub. Ailəli idi, üç övladı yadigar qalıb. O, 27 sentyabr 2020-ci ildə başlanan və tariximizə qızıl hərflərlə həkk olunan Vətən müharibəsi zamanı ön cəbhədə döyüşərək igidlik və rəşadət nümunəsi göstərib.

Füzuli rayonu və Xocavənd rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla savaşan polkovnik-leytenant Sadiq Məmmədov 26 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində şəhidlik zirvəsinə ucalıb. Bu zirvə Vətənə sonsuz sevginin, andına sədaqətin və hərbçi şərəfinin ən ali məqamıdır. Bu gün o, Qax şəhərinin Şəhidlər Xiyabanında uyuyur və xalqımız tərəfindən dərin ehtiramla anılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Sadiq Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, gələcək nəsillər isə bu qəhrəmanların şərəfli yolunu örnək götürərək Vətənə layiq vətəndaşlar kimi yetişəcəklər

Gallery Image

Sosial şəbəkələrdə paylaş: