“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda Şəhid Bəhruz Tağızadənin anadan olmasının 27-ci ildönümü qeyd olunub

14/09/2026, 23:02
xeber1

ETİHİ Qax Rayon Komitəsinin iştirakı ilə İttifaq üzvü Aynur Tağızadənin övladı, Vətən müharibəsi şəhidi Tağızadə Bəhruz Azər oğlunun anadan olmasının 27-ci ildönümü münasibətilə Qax şəhər Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Anım zamanı şəhid Bəhruz Tağızadənin əziz xatirəsi ehtiramla yad edilib, onun keçdiyi şərəfli döyüş yolu və Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Tağızadə Bəhruz Azər oğlu 14 sentyabr 1999-cu ildə Qax şəhərində anadan olub. 2005-ci ildə Qax şəhər 2 saylı məktəb-liseyin birinci sinfinə daxil olub, 9-cu sinfi həmin məktəbdə başa vurub. Daha sonra təhsilini Qax şəhər 5 saylı tam orta məktəbində davam etdirib.

2017-ci ildə həqiqi hərbi xidmətə çağırılan Bəhruz hərbi xidmətini başa vurduqdan sonra Şəki Regional Mühafizə İdarəsində mühafizəçi kimi fəaliyyət göstərib.

2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda başlayan Vətən müharibəsində könüllü olaraq iştirak edən Bəhruz Tağızadə Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub.

Şəhidimiz 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. O, 17 noyabr 2020-ci ildə doğma Qax şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Bəhruz Tağızadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin 25 iyun 2026-cı il tarixli sərəncamla III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Anım mərasimində şəhidimizin ailəsinə diqqət və qayğı göstərilib, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

ETİHİ Qax Rayon Komitəsi

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: