Xəbərlər
Qaxda 31 Dekabr – Həmrəylik Günü və Yeni İl münasibətilə şəhid əmanətləri üçün tədbir keçirilib

Şəhid əmanətləri bizim ən böyük sərvətimiz, gələcəyimiz və qürurumuzdur!
“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl” münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax rayon komitəsinin təşəbbüsü ilə Qax rayonunda şəhid əmanətləri üçün bayram tədbiri təşkil olunub.
Tədbir proqramı çərçivəsində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, musiqili və teatrlaşdırılmış kompozisiyalar təqdim olunub. Yeni il personajları balacaların üzünə təbəssüm gətirərək onlara bayram sevinci bəxş edib.
Tədbirin sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən şəhid əmanətlərinə hədiyyələr təqdim olunub. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Tədbir iştirakçıpları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib.





























