Xəbərlər
Qaxda stolüstü tennis üzrə rayon yarışın mükafatlandırılması keçirilib

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsinin təşkilatçılığı və Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ilə birgə ümumi təhsil, peşə və məktəbdənkənar müəssisələrdə çalışan həmkarlar ittifaqı üzvləri arasında stolüstü tennis üzrə rayon yarışı keçirilib.
Tədbirin əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, stolüstü tennis idman növünün inkişaf etdirilməsi, kollektivlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, iştirakçıların idman bacarıqlarının artırılması və asudə vaxtın səmərəli təşkili olub.
Yarış gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. İştirakçılar yüksək əzmkarlıq nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.
Sonda ETİHİ Qax Rayon Komitəsi tərəfindən mükafatlandırma mərasimi təşkil edilib. Yarışda fərqlənən qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.


















