Xəbərlər
Qaxda təhsil işçiləri təltif olunub
23/12/2025, 20:27

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsi tərəfindən çalışmanın yaş həddinə çatmaları münasibətilə təhsil işçiləri mükafatlandırılıb.
Almalı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Məlahət Əhmədova və Qax rayon Tasmalı kənd Elçin Şahmərdanov adına tam orta ümumtəhsil məktəbinin texniki işçisi Tanrıverdi Haqverdiyev uzun illər səmərəli fəaliyyətlərinə görə ETİHİ Qax Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif ediliblər.
Təltifetmə zamanı təhsil sahəsində göstərdikləri əvəzsiz xidmətlərin yüksək qiymətləndirildiyi vurğulanıb.
İttifaq üzvlərinə möhkəm cansağlığı və gələcək həyatlarında uğurlar arzulayırıq.







