Xəbərlər
Qaxda təhsil işçisi yaş həddinə çatması münasibətilə təltif olunub
13/01/2026, 10:25

ETİHİ Qax Rayon Komitəsi tərəfindən təhsil işçiləri, yaş həddinə çatmaları münasibətilə mükafatlandırılıb. Qaşqaçay uşaq bağçasının 65 yaşlı aşpazı Babayeva Nuranə Abdulla uzun illər səmərəli fəaliyyətinə görə ETİHİ Qax Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə ilə təltif edilib. Təltif mərasimində təhsil sahəsində göstərdikləri əvəzsiz xidmətlərin yüksək qiymətləndirildiyi vurğulanıb. İttifaq üzvlərinə möhkəm cansağlığı və gələcək həyatlarında uğurlar arzulayırıq.





