Xəbərlər
Qaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.

16 mart 2026-cı il tarixində Qax rayonu üzrə Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qax rayonunun ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilmişdir.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçmiş, iştirakçılar yüksək fəallıq nümayiş etdirmişlər. Turnirin sonunda qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Turnirin nəticələrinə əsasən I yerə Qax rayonu N. Heydərov adına Lələpapaşa kənd ümumi orta məktəbinin texniki işçisi Kərimov Hacıkərim Elşad oğlu, II yerə Aşağı Malax kənd ümumi orta məktəbinin müəllimi Məmmədova Bahar Abdulməcid qızı, III yerə isə N. Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin əməkdaşı Ağamirli Emir Nazim oğlu layiq görülmüşdür.














