“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.

26/02/2026, 21:35
xeber1

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş Xocalı faciəsindən otuz dörd il keçir. Xocalı soyqırımına həsr olunmuş respublika üzrə tədbirlər planına uyğun olaraq rayonda tədbirlər planı hazırlanmış, idarə və təşkilatlarda, o cümlədən mədəniyyət ocaqlarında, ümumtəhsil məktəblərində açıq dərslər, konfranslar keçirilmiş, sərgi və güşələr təşkil edilmişdir.

Fevralın 26-da Şəhidlər Xiyabanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının rəhbərlərinin, ETİHİ Qax rayon komitəsi üzrə ittifaq üzvlərinin, şəhid ailələrinin, qazilərin, idarə, müəssisə və təşkilat kollektivlərinin, rayon ictimaiyətinin nümayəndələrinin iştiraki ilə anım mərasimi keçirilmişdir. Mərasimdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmiş, dualar oxunmuşdur.

Həmçinin Xocalı faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar rayon ərazisində məskunklaşmış Xocalı ailəsi rayon rəhbərliyi tərəfindən ziyarət olunmuşdur.

Saat 17:00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: