“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qaxda “Zəfər Günü” münasibətilə şahmat birinciliyi keçirilib

04/11/2025, 02:47
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi və Qax rayonu üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmat bölməsində 10 yaşadək şagirdlər arasında rapid (sürətli şahmat) üzrə daxili birincilik keçirilib.

Yarışın məqsədi şagirdlər arasında intellektual inkişafı təşviq etmək, sağlam rəqabət mühiti formalaşdırmaq və gənclərin fəal həyat tərzinə cəlb edilməsini təmin etmək olub.

Turnir gərgin və maraqlı mübarizə şəraitində keçib.

Yarışın yekununda qaliblər və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunub.

Mükafatlandırma mərasimində çıxış edənlər qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış, qürur və iftixar mənbəyinə çevrilmiş ən möhtəşəm səhifələrdən biridir. Bu gün təkcə bir hərbi qələbə deyil, həm də xalqımızın milli həmrəyliyinin, birliyinin, sarsılmaz iradəsinin və yenilməz ruhunun rəmzidir. Azərbaycan Ordusunun igidliyi, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi və şəhidlərimizin müqəddəs qanı bahasına qazanılıb. Məhz bu fədakarlıq nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır, xalqımız öz milli qürurunu yenidən yaşamaq imkanı qazanıb.

Şanlı qələbəmiz gəncləri vətənpərvər və yüksək intellektə malik şəxsiyyətlər kimi yetişməyə, dövlətimizin inkişafına töhfə verməyə səsləyir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: