Xəbərlər
Qaxın füsunkar təbiətinə kollektiv ekskursiya təşkil olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Həsənqaya kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax, Şəki və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Bu cür səfərlərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, həmçinin ölkəmizin zəngin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaqdır.
Səfər çərçivəsində iştirakçılar Qax, Şəki və Oğuz rayonlarının füsunkar təbiəti ilə yanaşı, bölgənin tarixi abidələri, mədəniyyət nümunələri və turizm məkanlarını ziyarət ediblər. Təbiətin gözəlliyi və yaradılan şərait kollektiv üzvlərində xoş təəssüratlar yaradıb.
Ekskursiya boyunca iştirakçılar arasında səmimi ünsiyyət və yüksək əhval-ruhiyyə müşahidə olunub. Belə tədbirlər həm kollektiv həmrəyliyinin gücləndirilməsinə, həm də təhsil işçilərinin sosial rifahının və motivasiyasının artırılmasına mühüm töhfə verir.






