“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax–Şəki rayonlarına ekskursiyasa təşkil olunub

07/07/2026, 10:12
xeber1

26 iyun 2026-cı il tarixində məktəb kollektivinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə Qax və Şəki rayonlarına ekskursiya təşkil edilmişdir.


Ekskursiya çərçivəsində iştirakçılar Qax rayonunun füsunkar təbiəti ilə seçilən İlisu qəsəbəsi, Ramramay şəlaləsi və tarixi Ulu körpü ilə yaxından tanış olmuş, daha sonra Şəki yaylasına səfər edərək burada unudulmaz anlar yaşamışlar.


Səfər müddətində müəllimlər ölkəmizin zəngin təbii və tarixi irsi ilə tanış olmaqla yanaşı, səmimi ünsiyyət şəraitində xoş istirahət etmiş, kollektiv ruhunu daha da gücləndirən dəyərli anlar paylaşmışlar.


Belə tədbirlər əməkdaşların sosial rifahının yüksəldilməsi, sağlam istirahətinin təşviqi və kollektiv münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.


Məktəb kollektivi adından bu ekskursiyanın təşkilinə göstərilən dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına təşəkkürümüzü bildirik.

#ElmVəTəhsilNazirliyi #ETİHİ #İmişliTəhsil #ƏliyetməzliDƏləkbərov #Ekskursiya

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: