“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qax–Şəki səfəri təhsil işçilərinə xoş anlar yaşadıb.

29/06/2026, 15:20
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Tumaslı kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax və Şəki rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili və istirahətinin təmin edilməsi məqsədi daşıyan ekskursiya iştirakçılarda xoş ovqat yaradıb. Səfər zamanı kollektiv üzvləri Qax və Zaqatala rayonlarının füsunkar təbiəti, tarixi-mədəni abidələri və görməli məkanları ilə yaxından tanış olublar.

Ekskursiya iştirakçıları səfərdən xoş təəssüratlarla qayıdaraq yaradılan şəraitə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətinin təmin olunması istiqamətində tədbirləri davam etdirəcək.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: