Xəbərlər
Qazax Dövlət Dram Teatrında Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Hürmüz və Əhrimən” tamaşası

ETİHİ Qazax RK dəstəyi ilə Qazax Dövlət Dram Teatrında müəllimlərin asudə vaxtlarını səmərəli keçirilməsi məqsədilə Səməd Vurğunun 120 illik yubileyi münasibətilə onun “Hürmüz və Əhrimən” adlı poemasının əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub.
Ceyhun Vəlizadənin quruluş verdiyi səhnə əsərində xeyir və şərin əbədi mübarizəsindən bəhs olunur. Tamaşanın rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Samir Həsənov, musiqi tərtibatçısı Ceyhun Vəlizadədir.
Rolları Ceyhun Vəlizadə, Vüsal Hüseynov, İlqar Hacaliyev, Aytac Cəfərova, Rüfət Əhmədov, Elvin Abbasov, Xaqan Qurbanov, Zəmanə Dərviş, Məmməd Hacalıyev, Kamil Məmmədov və Nəsimi Aşbazov canlandırıblar.
Tamaşanı izləyənlər arasında Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) təşkilatçığı ilə Qazaxda keçiriləcək I Qazax Kitab Festivalına dəvət olunmuş quruma üzv nəşriyyatların nümayəndələri, təshil işçiləri, səhiyyə işçiləri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak ediblər.







