“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax Dövlət Sosial İqdisad Kollecində görüş keçirildi

09/04/2026, 14:53
xeber1

08.04.2026-cı il tarixində ETİHİ-nin Qazax RK ilə birgə Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin rəhbərlik və müəllim heyəti ilə birgə görüşü təşkil olundu.

Çıxışı giriş sözü ilə kollecin direktor əvəzi Vüqar Əyyubov açdı.

Görüşün əsas məqsədi kollecdə 473 nəfər təqaüd alan tələbələrin ETİHİ-nin üzvü olmasını təşviq etmək, təhsil işçilərinin sosial müdafiəsini, onların əmək hüquqlarını, müəllimlərin iş şəraitini daha da yaxşılaşdırmaqdır.

Sədr Donara Həsənova çıxış edərək həmkarlar ittifaqlarının fəaliyyəti, müəllimlərin hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, təklif və müraciətlər dinlənilmişdir. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş, müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda əməkdaşlığın daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin davam etdirilməsi vurğulanmışdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: