“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax Dövlət Sosial İqtisadi Kollecində Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdən.

19/03/2026, 12:41
xeber1

Etihi Qazax Rk və Qazax Dövlət Sosial İqtisadi Kollecinin təşəbbüsü ilə İlaxır çərşənbə böyük təntənə ilə qeyd olundu.

Kollecin ərazisində keçirilər bayram tədbirində meydan bayramsayağı Novruz atributları ilə bəzədildi, səmənilər, xonçalar düzüldü, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət Novruz sərgisi nümayiş etdirildi.

Tədbir iştirakçıları əvvəlcə Novruz adət-ənənələrini, çərşənbələri, milli baş örtüyü olan kəlağayını və milli mətbəx nümunələrini özündə əks etdirən sərgi ilə tanış olub, eyni zamanda, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı hazırlanmış guşəyə də baxış keçiriblər.

Sərgi ilə tanışlıqdan sonra tədbirin rəsmi hissəsinə start verilib və çıxışlar dinlənilib.

Azərbaycan xalqını, şəhid ailələrini, qaziləri, Qazax sakinlərini bayram münasibətilə təbrik edən Qazax Dövlət Sosial İqtisadi Kollecin direktor əvəzi Vüqar Əyyubov ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzuladı.

Tədbirin sonunda bayram tonqalı alovlandırılıb, iştirakçılar onun ətrafında bir araya gələrək Novruzun ruhunu birlikdə yaşayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: