Xəbərlər
Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr seçkisi
20/04/2026, 13:46

ETİHİ Qazax RK və Qazax Dövlət Sosial-İqtisadi Kollecində Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr seçkisi keçirilmişdir.Seçkidə Qazax ETİH-in sədri Donora Həsnova da iştirak etmişdir.
Səsvermənin nəticələrinə əsasən, kollecin Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilmişdir. Beləliklə, o, hər iki məsul vəzifəni paralel şəkildə icra edəcəkdir.
Yeni təyin olunmuş sədr Turxan Əliyevi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar və nailiyyətlər arzulayırıq.







