“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax rayon 4 nömrəli məktəbdə 65 yaşlı müəllimlərin yubileyi qeyd olunub.

14/09/2026, 12:30
xeber1

Qazax şəhəri 4 nömrəli tam orta məktəbdə, məktəbin kimya müəllimi Zeynəb Şərifovanın, psixoloq Gülnarə Məmmədovanın, ibtidai sinif müəllimi Kifayət Əsgərovanın 65 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib. Keçirilmiş tədbirdə qeyd olunub ki, Gülnarə Məmmədova, Kifayət Əsgərova və Zeynəb Şərifova uzun illərdir ki, təhsil sahəsində böyük fədakarlıqla fəaliyyət göstərərək yüzlərlə şagirdin təlim-tərbiyyəsində böyük xidmətləri olmuşdur.

Tədbirdə, məktəbin ilk həmkarlar təşkilatının sədri, rayon komitəsinin sədri adından yubliyarları 65 illik yubileyi münasibətilə təbrik edib, onlara bundan sonrakı həyat fəaliyyətlərində möhkəm can sağlığı, xoş günlər arzulayıb.

Yubliyarlara göstərdikləri səmərəli fəaliyyətlərinə görə fəxri fərman, gül dəstəsi və hədiyyələr təqdim olundu.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: