Xəbərlər
Qazax rayon A. Mustafayev adına Qazaxbəyli kənd tam orta ümumtəhsil məktəb kollektivinin Göygöl səfəri.

ETİHİ Qazax RK-nın dəstəyi ilə İyul ayının 21- də Qazax rayon A. Mustafayev adına Qazaxbəyli kənd tam orta ümumtəhsil məktəb kollektivi Azərbaycanın dilbər guşələrindən biri olan əsrarəngiz Göygöl gəzintisində oldu.
Həyata keçirilən bu ekskursiyanin kollektivimiz üçün böyük əhəmiyyəti var idi.Tədris ilinin başa çatması ilə əlaqədar olaraq təhsilverənlərin istirahətinin bu cür qiymətləndirilməsi təqdirəlayiq haldır.
Kollektivimiz Göygöl səfərində Hacikənddə gözəl məkanlardan birində dincələrkən təbiətin sirli- sehrli aləminə qapılaraq insanı riqqətə gətirən zümrüd meşələrin, dağlardan süzülüb gələn cosqun dağ çayının kənarında bütün yorğunluğu unutdu.
Məktəbimizin direktoru M.Ayvazova da məktəb kollektivi ilə birgə idi. Səfərimizin əsas məqsədi tariximizin daş yaddaşından süzülüb gələn, böyük bir zəlzələnin yaratdığı heyrətamiz gözəlliyə tamaşa etmək idi. Doğrudan da Azərbaycan təbiətinin ən unikal simalarından biri olan Göygöl bizi Valeh etdi.
Bu gezintini təşkil edən Həmkarlar birliyinə kollektivimiz adından dərin təşəkkürümü bildirirəm






