Xəbərlər
Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb kollektivinin Şəki turu təşkil olundu.

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Qazax Rayon Komitəsinin dəstəyi ilə Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Şəki yaylasın da birgünlük istirahət-gəzinti təşkil etmişdir.
İstirahətdə iştirak edən məktəb kollektivi adından qeyd edirik ki, yaradılan yüksək şərait və səmimi münasibət müəllimlər tərəfindən böyük məmnunluqla qarşılanmışdır. Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, eləcə də ETİHİ Qazax Rayon Komitəsinə dərin təşəkkürümüzü bildiririk.






