Xəbərlər
Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbində ittifaq üzvlərimizin yubley tədbiri qeyd olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin coğrafiya müəllimi Quliyeva Lətafət Razim qızının 60 illik yubileyi münasibətilə görüş keçirildi və yubilyar səmimi şəkildə təbrik olundu.
Uzun illərdir ki, təhsil sahəsində gənc nəslin savadlı və vətənpərvər ruhda yetişdirilməsində böyük xidmətlər göstərmişdir.Lətafət müəllimə öz zəngin pedaqoji fəaliyyəti, yüksək təşkilatçılıq bacarığı və peşəkarlığı ilə həm müəllimlər, həm şagirdlər, həm də valideynlər arasında dərin hörmət qazanmışdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Qazax Rayon Komitəsi adından Lətafət Quliyevaya fəxri fərman, gül dəstəsi və xatirə hədiyyəsi təqdim edildi, ona göstərdiyi uzunmüddətli səmərəli fəaliyyətə görə təşəkkür edildi.
Sonda yubilyara möhkəm cansağlığı, ailə səadəti, uzun və mənalı ömür, gələcək fəaliyyətində yeni uğurlar arzulandı. Arzu edirik ki, Lətafət müəllimin bundan sonra da öz zəngin təcrübəsi və dəyərli tövsiyələri ilə təhsilimizin inkişafına töhfə verməyə davam etsin. 60 illik yubileyiniz mübarək olsun, hörmətli Lətafət müəllimə! Sizə sağlam, xoşbəxt və uğurlarla dolu illər arzulayırıq.






