“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax rayonu Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbində Həmkarlar İttifaqı təşkilatında yeni sədr seçkisi keçirildi.

08/10/2026, 13:20
xeber1

İclasda ilk olaraq məktəb kollektivi ilə tanışlıq aparılmış, daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti, məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

Tədbir iştirakçılarına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən son 3 il ərzində İttifaq üzvləri üçün görülmüş işlər, yaradılmış imkanlar və həyata keçirilən tədbirlər barədə geniş məlumat verilmişdir.

Seçki prosesi demokratik prinsiplər əsasında, müəssisələrdə çalışan İttifaq üzvləri arasından könüllü şəkildə irəli sürülən namizədin iştirakı ilə keçirilmiş və səs vermə nəticəsində səs çoxluğu qazanan namizəd yeni sədr seçilmişdir.

Yeni seçilmiş İlk Həmkarlar İttifaqı sədrini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: