“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax rayonunda təhsil işçilərinin konfransı keçirilib

02/09/2026, 11:35
xeber1

Qazax rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar Qazax şəhəri Mehdi Hüseyn adına Hümanitar və təboət fənləri təmayüllü məktəb-liseydə təhsil işçilərinin konfransı keçirilib.

Konfransda, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyev, rayon təhsil sektorunun müdiri İslam Carçıyev, ETİHİ Qazax Rayon Komitəsinin sədri Donara Həsənova , sektor əməkdaşları, məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl müəllimlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Qazax - Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: