Xəbərlər
Qazax şəhər 6 nömrəli körpələr evi uşaq bağçasında Həmkarlar İttifaqı təşkilatında yeni sədr seçkisi

03.02 2026-cı il tarixdə Qazax şəhər 6 nömrəli körpələr evi uşaq bağçasında Həmkarlar İttifaqı təşkilatında yeni sədr seçkisi keçirildi. İclasda ilk olaraq bağça kollektivi ilə tanişlıq aparılmış daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti,vəzifələri barədə iştirakçılara məlumat verilmişdir. İclas da iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən son 2 il ərzində İttifaq üzvləri üçün görülmüş işlər və həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi. Seçki prosesi demokratik prinsiplər əsasinda müəssisədə çalışan İttifaq üzvləri arasinda könüllü şəkildə irəli sürülən namizədin iştirakı ilə keçirilmiş,səs vermə nəticəsində səs çoxluğu qazanan namizəd yeni sədr seçilmişdir. Seçilmiş ilk Həmkarlar İttifaqı sədrini təbrik edir gələcək fəaliyyətində uğurlar arzulayırıq.




