Xəbərlər
Qazax şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində yubley tədbiri.

ETİHİ Qazax Rk təşkilatçılığı ilə növbəti yubiley qeyd olunub.
Bu dəfə Qazax şəhər Uşaq Gənclər İnkişaf mərkəzinin dərnək rəhbərləri İsmayılova Rəfiqə 60 yaş, Mustafayeva Nailə 60, Yusifova Xanım 60 illik yubileyi münasibətilə təbrik tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər müəllimlərin pedaqoji fəaliyyətini böyük məsuliyyət və peşəkarlıqla yerinə yetirdiyini, yüzlərlə şagirdin təlim-tərbiyəsində, onların bilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm xidmətlər göstərdiyini vurğulayıblar.
Yubiley münasibətilə müəllimlərə xoş arzular çatdırılıb, onların uzunillik səmərəli fəaliyyətinə görə təşəkkür ifadə olunub.
Yubilyarları ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və bundan sonrakı həyatında xoş günlər, sevinc və uğurlar arzulayırıq.
Sonda yubilyarlara hədiyyə, fəxri fərman və gül buketləri təqdim olundu.






