“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbində keçirilən Novruz bayramı tədbirindən

19/03/2026, 12:34
xeber1

Qazax şəhəri Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbində xalqımızın qədim və zəngin ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə şənlik təşkil olundu.

Tədbirdə şagirdlərimiz milli adət-ənənələrimizi əks etdirən səhnəciklər nümayiş etdirdi, şeirlər söylədi, rəqslər ifa etdilər. Novruzun əsas simvolları olan Kosa və Keçəl tədbirə xüsusi rəng qataraq bayram əhval-ruhiyyəsi yaratdı.

Səməni, milli şirniyyatlar və bayram atributları ilə bəzədilmiş guşələr iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli dəyərlərə sevgi, adət-ənənələrimizə bağlılıq hissinin gücləndirilməsi olmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: