Xəbərlər
Qazaxda şəhid atası vəfat edib.
02/06/2026, 13:21

İyunun 1-də qəhrəman şəhidimizin atası Əhmədov Əhməd Qələndər oğlu vəfat edib. Mərhum 02.06.2026-cı il tarixdə Qarapapaq kənd qəbiristanlığında dəfn olunub.
İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri Qarapapaq kəndində şəhidimizin ata ocağında olub, dəfn mərasimində iştirak edərək ailəsinə və yaxınlarına başsağlığı veriblər.
İcra başçısı Rəcəb Babaşov mərhum Əhməd Əhmədovun vəfatından kədərləndiyini bildirib, şəhidimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib







