“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax–Tovuz Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında Kollektiv müqavilə

19/11/2025, 23:14
xeber1

Qazax–Tovuz Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayon komitələri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilə imzalanmışdır.

İmzalanmış Kollektiv Müqavilə tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsinin, təhsil işçilərinin sosial-iqtisadi maraqlarının müdafiəsinin, habelə təhlükəsiz və sağlam əmək mühitinin sistemli şəkildə qurulmasına yönəlmiş qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.

Tədbirdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri–baş katib Pərvanə İsmayılova, ETİHİ Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, ETİHİ Tovuz Rayon Komitəsinin sədri Flora Pənahova, ETİHİ Qazax Rayon Komitəsinin sədri Donora Həsənova, ETİHİ Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva və ETİHİ Gədəbəy Rayon Komitəsinin sədri Zakir Orucov iştirak etmişlər.

Görüş çərçivəsində Kollektiv Müqavilənin əsas müddəaları təqdim olunmuş, əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi, sosial təminat və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər geniş müzakirə edilmişdir. Tərəflər mövcud əməkdaşlığın davamlı təmin edilməsinin və qarşıda duran vəzifələrin icrası istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulamışlar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: