“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qazax–Tovuz Regional Təhsil İdarəsinin STEAM müsabiqəsi

05/05/2026, 07:20
xeber1

Qazax–Tovuz Regional STEAM müsabiqəsinin final mərhələsi keçirilib

6 may 2026-cı il tarixində Qazax–Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Qazax–Tovuz Regional STEAM müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqədə regionun 5 rayonu üzrə ümumilikdə 74 komanda iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirib.

Yarışdan əvvəl şagirdlər tərəfindən bədii yaradıcılıq nümunələri təqdim olunub, daha sonra müsabiqənin əsas yarış mərhələsinə start verilib.

Tədbirdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri Elşən Şirinov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Qazax-Tovuz Regional İdarəsinin rəhbəri Toğrul Vəliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın rayonlar üzrə komitə sədrləri və digər rəsmi şəxslər iştirak ediblər.

Müsabiqənin yekununda komandaların layihələri münsiflər heyəti tərəfindən qiymətləndirilib, qalib komandalar müəyyən olunaraq müxtəlif mükafatlarla təltif ediliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: