Xəbərlər
Qazi Vidadi Əliyev qonağımız oldu

Vətənə xidmət yolunda fədakarlıq və vətənpərvərlik nümunəsi göstərmiş şəxslərdən biri – Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Abşeron rayon filialının sədr müavini Vidadi Əliyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin qonağı olub.
Görüş çərçivəsində qazi Vidadi Əliyev ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazovla görüşərək qarşılıqlı fikir mübadiləsi aparıb. Söhbət zamanı şəhid ailələrinin və qazilərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası, eləcə də vətənpərvərlik ruhunun gənc nəsil arasında təbliği məsələləri müzakirə olunub.
Qeyd edək ki, Vidadi Əliyev cəmiyyətin vətənpərvərlik ruhunda maarifləndirilməsi, şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində fəal fəaliyyət göstərən vətənpərvər insanlardandır. Onun fəaliyyətində dürüstlük, səmimiyyət və vətənə sonsuz sevgi daim ön planda dayanır.
Xidmət etdiyi sahədə qazandığı hörmət, qazilərlə və şəhid ailələri ilə səmimi və doğma münasibət qurması Vidadi Əliyevin yüksək insani keyfiyyətlərə malik olduğunu göstərir. O, hər zaman çətin günlərdə qazilərin, veteranların və şəhid ailələrinin yanında olmuş, onların qayğı və problemlərinə həssaslıqla yanaşmışdır.
Qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.



