“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəbələ rayonuna yaddaqalan ekskursiya

10/07/2026, 23:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayonunun Tatlı kənd 2 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələ rayonuna yaddaqalan ekskursiya-səfər etmişdir.

Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını ifadə edərək, təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və istirahətinin təşkili istiqamətində həyata keçirilən bu cür təşəbbüslərin yüksək qiymətləndirildiyini bildirdilər.

Kollektiv qeyd etdilər ki, müəllim və məktəbəqədər təhsil işçilərinə göstərilən bu cür diqqət onların əmək fəaliyyətinə daha böyük ruh yüksəkliyi və motivasiya ilə davam etmələrinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: