“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəbələ şəhərinə yaddaqalan səfər

30/06/2026, 08:41
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin təşkilatlarından olan Ağstafa rayon Xılxına kənd tam orta məktəbinin bir qrup həmkarlar ittifaqı üzvü bu gün ölkəmizin ən gözəl turizm bölgələrindən biri olan Qəbələ şəhərinə yaddaqalan səfər etdilər. Səfərdə iştirak edən kollektiv onlara göstərilən diqqət və qayğıya görə dərin məmnunluqlarını ifadə edərək, belə layihələrin müəllimlərin sosial rifahına və mənəvi istirahətinə böyük töhfə verdiyi vurğulandı.

Onlar bu gözəl şəraiti yaratdıqlarına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nın, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, eləcə də təşkilati dəstəyə görə ETİHİ Ağstafa Rayon Komitəsi nə səmimi təşəkkürlərini və dərin minnətdarlıqlarını bildirərək, bu cür faydalı və yaddaqalan səfərlərin gələcəkdə də davam etdirilməsini arzuladıqlarını qeyd etdilər. Belə təşəbbüslər müəllimlərin əməyinə verilən yüksək dəyərin, onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Təhsil işçilərinin mənəvi rahatlığına, asudə vaxtının səmərəli təşkilinə xidmət edən bu layihələrin davamlı olması hər bir həmkar üçün sevindirici və qürurvericidir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: