“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəbələdə məktəblilər arasında 3x3 basketbol turniri keçirilib

13/11/2026, 15:54
xeber1


13 noyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin, Qəbələ rayonu üzrə təhsil sektorunun və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında 3x3 basketbol idman növü üzrə rayon turniri keçirilib.

Turnir Qəbələ şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin idman zalında təşkil olunub.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekun nəticələrinə əsasən qalib komandalar müəyyənləşib:

I yer – Qəbələ şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası;

II yer – Qəbələ şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası;

III yer – Qəbələ şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası.

Turnirin qalibləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələrlə, diplom və medallarla, mükafatlandırılıblar.

Belə idman tədbirlərinin keçirilməsi şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə, fiziki aktivliyin artırılmasına, idmana marağın gücləndirilməsinə və məktəblilər arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: