“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QƏBƏLƏDƏ YADDAQALAN EKSKURSİYA

13/05/2026, 17:15
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili məqsədilə bir günlük ekskursiya təşkil olunub.

Bu dəfə 147 nömrəli Texniki Humanitar Liseyin pedaqoji kollektivi Qəbələ rayonuna səfər edib. Təhsil işçiləri Qəbələnin füsunkar təbiəti ilə tanış olaraq saf dağ havası, zümrüd meşələr, uca dağların qoynunda açılan möhtəşəm mənzərələr və şəffaf çayların sakit səsi ilə dolu unudulmaz bir gün yaşayıblar. Təbiətin yaratdığı sakitlik və gözəllik onlara dərin rahatlıq, yenilənmə hissi və xoş ovqat bəxş edib.

Səfər iştirakçılar üçün yalnız istirahət deyil, həm də səmimi ünsiyyət qurmaq, bir-birini daha yaxından tanımaq və kollektiv ruhunu gücləndirmək baxımından dəyərli anlara çevrilib. Dağ mənzərələri fonunda keçirilən xoş anlar və birgə gəzintilər uzun müddət yadda qalacaq xatirələrə dönüb.

Səfərin yüksək səviyyədə təşkil olunmasına görə təhsil işçiləri təşkilatçılara dərin təşəkkürlərini bildiriblər və bu kimi mənalı layihələrin davamlı olmasını arzulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: