“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QƏBƏLƏNİN FÜSUNKAR TƏBİƏTİNƏ SƏFƏR

08/06/2026, 12:04
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 153 nömrəli tam orta ümumtəhsil məktəbin ittifaq üzvləri üçün Qəbələ şəhərinə bir günlük səfər təşkil edilib.

Səfər zamanı ittifaq üzvləri Qəbələ şəhərinin gözəl təbiət mənzərələrindən zövq alıb, rayonun istirahət məkanlarında xoş vaxt keçiriblər. Təbii gözəllikləri, təmiz havası və sakit mühiti ilə seçilən Qəbələ şəhəri ittifaq üzvlərində xoş ovqat yaradıb.

Asudə vaxtın səmərəli təşkili məqsədilə həyata keçirilən səfər kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən ayrılaraq istirahət etmək, birgə vaxt keçirmək və xoş təəssüratlar qazanmaq imkanı verib.

Səfər boyunca ittifaq üzvləri maraqlı anlar yaşayıb, bölgənin gözəllikləri ilə yaxından tanış olub və zəngin təəssüratlarla geri qayıdıblar.

İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də səfərin və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, dərin təşəkkürlərini ifadə ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: