“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəbələyə növbəti müəllim ekskursiyası təşkil edilib

05/07/2026, 19:58
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayonu İslam İslamov adına Yalman kənd ümumi orta ümumtəhsil məktəbinin müəllim kollektivi Qəbələ rayonuna ekskursiya edib.


Müəllimlərin asudə vaxtının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması məqsədilə təşkil edilən səfər çərçivəsində iştirakçılar Qəbələnin görməli yerlərini ziyarət edib, rayonun zəngin təbiəti və turizm məkanları ilə yaxından tanış olublar.


Ekskursiya zamanı müəllimlər xoş və yaddaqalan anlar yaşayıb, səmimi ünsiyyət mühitində istirahət ediblər. İştirakçılar bu cür sosial yönümlü tədbirlərin kollektivdə birlik və həmrəyliyin möhkəmlənməsinə, eyni zamanda iş motivasiyasının yüksəlməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.


ETİHİ Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: