Xəbərlər
Qədim Tarix, Möhtəşəm Təbiət - Laçın rayonuna kollektiv ekskursiya

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilati dəstəyi ilə Ağdam rayon Təhsil sektoru kollektivinin Azərbaycanın füsunkar və zəngin təbiətə malik bölgələrindən olan Laçın rayonuna ekskursiya səfəri həyata keçirib.
Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin tarixi, mədəni və turizm potensialı ilə yaxından tanışlıq olub.
Ekskursiya zamanı iştirakçılar Laçın rayonunun görməli yerlərini ziyarət edib, rayonun zəngin təbiəti, tarixi-mədəni irsi və turizm məkanları haqqında ətraflı məlumat əldə ediblər. Səfər iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.
ETİHİ Ağdam Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.



