“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəhraman anası Tahirə xanımla bir gün

10/03/2026, 10:58
xeber1

Bəzən elə görüşlər olur ki, söz tapmaq çətinləşir…

Çünki qarşında sadəcə bir insan yox, Vətənə qəhrəman oğul bəxş etmiş bir ana dayanır.


8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi şəhidimiz Elmur Əliyevin anası Tahirə xanımı ziyarət etdi.


Tahirə xanım danışdıqca otaqda qəribə bir sükut vardı…

Sanki hər kəs bir ananın ürəyindəki həm qüruru, həm də həsrəti hiss edirdi.


O, kövrək səslə belə dedi:

“Bizi dinləməyin özü bir qəhrəmanlıqdır”.


Bu sözlər sadəcə təşəkkür deyildi…

Bu sözlər bir ananın övlad həsrəti ilə yoğrulmuş, amma Vətənə görə boş qalan qəlbinin səsi idi.


Bəzən bir ana bir oğul böyüdür…

Bəzən isə bir ana Vətən üçün qəhrəman yetişdirir.


Tahirə xanım kimi analar bu torpağın ən böyük qürurudur.

Onların gözündə həm yaş var, həm də uca bir qürur — şəhid anası qüruru.


Ətraflı video:https://www.facebook.com/share/188yTAYUxo/?mibextid=wwXIfr

Gallery Image

Sosial şəbəkələrdə paylaş: