“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəhrəman kənd məktəbinin üzvləri ilə görüş.

18/02/2026, 22:09
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Tatlı kənd tam orta məktəbinin kollektivi ilə görüş keçirildi. Qeyd edək ki, Tatlı kəndi Ağstafa rayonunun sərhəd kəndlərindən biridir. Buna baxmayaraq, kənddə müasir standartlara cavab verən, yüksək şəraitə malik yeni məktəb binası inşa edilmişdir ki, bu da dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Görüş zamanı məktəb kollektivi səmimi qarşılanmaya və göstərilən diqqətə görə dərin minnətdarlıqlarını ifadə etdilər. Onlar vurğuladılar ki, uzun illər ərzində ilk dəfədir həmkarlar təşkilatı onların qayğıları ilə yaxından maraqlanır, yerində görüş keçirir və problemlərini dinləyir. Bu hal kollektiv tərəfindən böyük məmnunluq və sevinc hissi ilə qarşılandı. Ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlara, müəllim əməyinə verilən yüksək dəyərə və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlar ifadə olundu.

Eyni zamanda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirdilər.

Görüş zamanı kollektiv üzvlərini maraqlandıran suallar cavablandırıldı, təklif və fikirlər dinlənildi və görüş qarşılıqlı anlaşma, təşəkkür və məmnunluq hissi ilə yekunlaşdı.




Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: