“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Qəhrəman müəllimlərimizi tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində növbəti görüş keçirilib

26/10/2026, 17:14
xeber1


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsi tərəfindən “Qəhrəman müəllimlərimizi tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçısı, müəllim Mais Kazımovla görüş keçirilib.

 

Görüş zamanı Mais müəllimin döyüş xatirələri dinlənilib. O, Vətən müharibəsi zamanı Qubadlı və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Göstərdiyi şücaətə görə “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Görüşün davamında Mais müəllimin çalışdığı məktəbə gedilərək onun şagirdləri ilə də görüş keçirilib. Müəllimin döyüş yolu və Vətənə sədaqət nümunəsi şagirdlər üçün vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətli nümunə kimi dəyərləndirilib.

 

Layihənin əsas məqsədi Vətənin müdafiəsində iştirak etmiş müəllimlərin şərəfli həyat yolunu tanıtmaq, onların qəhrəmanlıq nümunələrini gənc nəslə çatdırmaq və şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.

 

#QəhrəmanMüəllimlərimiziTanıyaqVəTanıdaq #Qubadlı #Cəbrayıl #VətənMüharibəsi

Sosial şəbəkələrdə paylaş: