Xəbərlər
Qəhrəman şəhidlərimizin valideynləri ilə görüş keçirilib
09/08/2026, 15:36

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizin valideynləri bir araya gətirilərək onların iştirakı ilə səmimi görüş təşkil olunmuşdur.
Görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən təşkil edilmiş, şəhid valideynləri üçün yemək və çay süfrəsi açılmışdır.
Tədbirin əsas məqsədi Vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərmək, onların valideynlərinə diqqət və qayğı nümayiş etdirməkdir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir və cansağlığı versin.

















