“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Qəhrəmanlar Bağı"

29/10/2026, 17:31
xeber1

29 oktyabr tarixində Şəkidə “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.


Layihə Şəki Şəhər İcra Hakimiyyətinin , “Qırmızı Ürəklər” Fondu, Kapital Bank, və "PAŞA Holding"-in birgə təşkilatçılığı ilə həyata keçirilir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva ittifaq üzvləri ilə birlikdə ağacəkmə aksiyasında iştirak edib.


Aksiya şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ətraf mühitin qorunması və ölkənin ekoloji mühitinə töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Qeyd edək ki, “Qəhrəmanlar bağı” layihəsi I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların xatirəsini əbədiləşdirmək və ölkədə yaşıllıq sahələrini artırmaq məqsədi daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: