Xəbərlər
QƏHRƏMANLAR YETİŞDİRƏN QƏHRƏMAN MÜƏLLİMLƏRİMİZ

Qubadlı Günü münasibətilə Vətənə xidmətini ömrünün şərəfli amalına çevirən, uzun illər hərbi xidmət keçmiş, Vətən müharibəsinin iştirakçısı, polkovnik-leytenant, bu gün isə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsinə töhfə verən dəyərli müəllimimiz Etibar Kərimlinin qonağıyıq.
Onun hərbi geyimində daşıdığı qürur, sinəsindəki təltiflər və arxasında dayanan şərəfli xidmət yolu bir ömrün Vətənə sədaqət salnaməsidir.
Vətən uğrunda xidmət edən, Vətən sevgisini gənc nəslə aşılayan müəllimlərimiz ikiqat dəyərə layiqdirlər. Çünki onlar həm Vətənin müdafiəsində dayanır, həm də gələcəyin vətənpərvər övladlarını yetişdirirlər.
ETİHİ Qubadlı rayon Komitəsi olaraq qəhrəmanlarımızın, qazilərimizin və Vətənə ləyaqətlə xidmət etmiş müəllimlərimizin həyat yolunu tanıtmağı, onların xidmətlərinə ehtiram göstərməyi özümüzə mənəvi borc bilirik.
Qəhrəmanlarımızı tanıyaq, tanıdaq və gələcək nəsillərə örnək göstərək!
Qəhrəmanlar yetişdirən qəhrəman müəllimlərimizlə fəxr edirik!




