“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

QƏHRƏMANLARIMIZLA QÜRUR DUYURUQ

03/11/2026, 15:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində “Zəfərin mübarək, Vətən oğlu!” adlı silsilə tədbirlər davam edir

Tədbirlərin əsas məqsədi 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüşlər keçirmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq və şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Silsilə tədbirlər çərçivəsində Ağcabədi rayonunun Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində məktəbin direktoru, Qarabağ müharibəsi döyüşçüsü Allahverdiyev Nadir Əziz oğlu və texniki işçi Azadov Məhəmməd Sərxan oğlu ilə görüş keçirilib.

Görüşdə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Məmmədov Razi müəllim gündəlik fəaliyyətləri ilə tanıdıqları qəhrəman həmkarlarının döyüş yolu, müharibə zamanı göstərdikləri şücaət və qəhrəmanlıq haqqında məlumat verdi

Suqovuşan istiqamətindən başlayan döyüş yolları Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda aparılan əməliyyatlarla davam edən qəhrəmanlarımız Vətən qarşısında öz borclarını şərəflə yerinə yetiriblər.

Hər iki qəhrəmanımız Vətən müharibəsində göstərdikləri igidliyə və xidmətlərinə görə orden və medallarla təltif olunublar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda qazanılan tarixi Zəfər xalqımızın birliyinin, rəşadətli Ordumuzun gücünün və qəhrəmanlığının təntənəsidir.

Bu gün qəhrəmanlarımızın keçdiyi döyüş yolu gənc nəslə örnək, Vətən sevgisinin və fədakarlığın canlı nümunəsidir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından qəhrəman həmkarlarımızı Zəfər Günü münasibətilə təbrik edirik.Zəfərin mübarək, Vətən oğlu!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: