“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qəlblərdə iz qoyan müəllimin ömür yolu

18/12/2025, 10:59
xeber1

Suraxanı Rayon 87 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliminin 65 illik yubileyi münasibətilə məktəbin akt zalında təntənəli tədbir keçirilib.Tədbirdə məktəbin direktoru İbrahimova Kəmalə xanım, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin sədri Fərhad Həsənov və mütəxəssisi Əhmədzadə Zəhra iştirak edib.

Tədbir çərçivəsində yubilyara hədiyyələr və gül dəstəsi təqdim olunub.Eyni zamanda, müəllimin uzun illər ərzində yetişdirdiyi məzunlar və valideynlər də tədbirdə iştirak edərək xoş arzularını çatdırıblar.

Səmərəli və çoxillik pedaqoji fəaliyyətinə görə mükafatlandırılan ibtidai sinif müəllimi göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevə öz təşəkkürlərini bildiriblər

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: