“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda tədbir keçirilib

10/06/2026, 11:16
xeber1

Ağcabədi rayon Hacıbədəlli kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda tədbir keçirilib.

Tədbir Qərbi Azərbaycan İcması, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi və məktəbin müəllimi, əslən Vedi rayonundan olan Murtuzova Həqiqət xanımın təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliyev Anar müəllim bildirib ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin, milli-mədəni irsimizin və soydaşlarımızın yaşadıqları tarixi torpaqlar haqqında məlumatların müəllimlər və məktəblilər arasında geniş təbliği, şagirdlərdə milli yaddaşın formalaşdırılması, vətənpərvərlik ruhunun daha da gücləndirilməsidir.

Daha sonra Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Radə Qafarova çıxış edərək Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların həmin torpaqlarda yaratdığı zəngin mədəni irs, soydaşlarımızın deportasiyalara məruz qalması və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. Çıxışı zamanı Qərbi Azərbaycanın tarixi və mədəni irsinə dair müxtəlif kitablar nümayiş etdirilib, iştirakçılara həmin nəşrlər barədə ətraflı məlumat verilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva çıxışında gənc nəslin milli ruhda tərbiyə olunmasının, tarixi həqiqətlərin məktəblərdə geniş şəkildə təbliğinin və Qərbi Azərbaycan mövzusunun gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, “Qərbi Azərbaycan: Tarixi yaddaşımız” kitabında yer alan məlumata əsasən, Ağcabədi rayonu ərazisində İrəvandan zorla köçürülmüş 1667 nəfər məskunlaşıb. Hazırda isə qeyri-rəsmi məlumatlara əsasən bu say daha çoxdur.

Tədbirdə Qərbi Azərbaycanın Vedi rayonunun Avşar kəndindən olan, ata-baba yurdlarından didərgin düşmüş və Ağcabədi rayon Hacıbədəlli kənd tam orta ümumtəhsil məktəbində çalışmış, hazırda təqaüddə olan müəllimlər Müşkünaz Əbülhəsənova və Nəzifə Bayramova çıxış edərək doğma yurdları ilə bağlı xatirələrini iştirakçılarla bölüşüblər. Onlar deportasiya dövründə Qərbi Azərbaycandan olan ailələrin Ağcabədi rayonu ərazisində məskunlaşması, yeni mühitə uyğunlaşma prosesi və qarşılaşdıqları çətinliklər barədə danışıblar.

Şagirdlərin ifasında Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması, milli həmrəyliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi mövzusunda videoçarxlar nümayiş etdirilib, səhnəciklər təqdim olunub.

Sonda Azərbaycanı mürəkkəb siyasi proseslərdən uğurla keçirərək ölkəmizə qələbə sevincini yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: