Xəbərlər
Qış məktəbi

Qış məktəbi
ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatları olan ümumtəhsil məktəblərində "Qış məktəbi " təşkil edilmişdir.
Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində ,şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində, M. Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbində, C. Həsənov adına Hüsülü kənd tam orta ümumtəhsil məktəbində və rayonun bütün ümumtəhsil məktəblərində Azərbaycan dili, riyaziyyat, ingilis dili müəllimləri 27–30 yanvar 2026-cı il tarixlərində qış tətili müddətində BSQ-də zəif nəticə göstərən şagirdlər üçün “Qış məktəbi” təşkil olunub.
Qış məktəbi çərçivəsində fənni üzrə müəllimlər tərəfindən əlavə dərslər keçirilir.
Bu dərslərin məqsədi şagirdlərin biliklərindəki boşluqları aradan qaldırmaq və nəticələrin yaxşılaşdırılmasıdır.















