“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Qızıl əllərlə Vətəni gəzək

22/04/2026, 10:27
xeber1

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsində qalib olmuş “Qızıl əllərlə Vətəni gəzək” layihəsinin Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada bağlanış tədbiri yüksək səviyyədə təşkil olundu.


Layihənin rəhbəri, Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın və Mallı-Şıxlı kənd tam orta məktəbinin kimya müəllimi Səadət Səfəraliyeva (Məhərrəm qızı) çıxış edərək layihə müddətində görülən işlər, əldə olunan nəticələr və şagirdlərin qazandığı bacarıqlar barədə ətraflı məlumat verdi.


Layihə çərçivəsində həssas qrupa daxil olan şagirdlər müxtəlif yaradıcılıq fəaliyyətlərinə cəlb olunaraq ətirli şamların və sabunların hazırlanması, almaz mozaika əl işləri, eləcə də Şəhid çərçivələrinin hazırlanması kimi işlərdə fəal iştirak ediblər. Bu fəaliyyətlər şagirdlərin həm yaradıcılıq qabiliyyətlərinin inkişafına, həm də vətənpərvərlik ruhunun möhkəmlənməsinə mühüm töhfə verib. Layihə müddətində təlimlərin bir hissəsi Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada da uğurla həyata keçirilib.


Bağlanış tədbirində ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova, məktəbin pedaqoji kollektivi və rayonun müxtəlif ümumtəhsil məktəblərindən müəllimlər iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətini xüsusi vurğulayaraq bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib, layihə rəhbərinə və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.


Tədbirin sonunda layihə iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib, xatirə şəkilləri çəkilib və bu anlar yadda qalan xoş xatirələrə çevrilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: